APA-nın "avtodrive.com" saytına istinadən verdiyi məlumata görə, hadisə mayın 12-də, axşam saatlarında Belarusun Rusiya ilə sərhəd olan Qomel rayonundakı M10 avtomagistralında qeydə alınıb. Sürücüsü azərbaycanlı olan "MAN" markalı yük avtomobilinin "DAF" markalı başqa bir yük maşını ilə toqquşması nəticəsində yanğın baş verib.Rusiya-Belarus sərhədində azərbaycanlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib