Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, "Azəryolservis" tərəfindən I Avropa Oyunları öncəsi paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir. Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən "Xırdalan dairəsi"ndə də təmir işləri aparılır."Xırdalan dairəsi"ndə aparılan təmir-tikinti işləri tez bir zamanda yekunlaşdırılacaq