Gələcək Mercedes-Benz GLC prototipinin casus şəkillərini populyar xarici dərgi yayıb. Bu dəfə paparassilər minimum maskalanmış avtomobilin həm xarici görünüşünün, həm də salonunun şəkillərini çəkməyə müvəffəq olublar. Çox güman ki, fətəşəkillərdə krossoverin seriya variantı əks olunub.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni Mercedes-Benz GLC yeni ad ilə birlikdə (əvvəlki adı GLK) eksteryer və interyerdə də dəyişikliklərə məruz qalıb. Məsələn, avtomobil daha əvvəlki kimi tinli deyil. Model bir qədər böyüyəcək və beləliklə, markanın ən kiçik premial krossoveri statusunu itirəcək. İndi bu adı artıq GLA daşıyır.
Mercedes-Benz GLC ilk dəfə AMG flaqman icrasında da işlənib hazırlanacağı gözlənilir. Yeni modelin açıq təqdimatı iyunun 17-də Almaniyada planlaşdırılıb.
Milli.Az