Bu gün Moskvada Qarabağ danışıqları olacaq
24 Yanvar 2011 10:20
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, görüş Moskvanın təşəbbüsü ilə keçirilir. Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının detallarını müzakirə edəcək.
"Tərəflər ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona fevralda planlaşdırılmış səfərinə hazırlıq haqda da fikir mübadiləsi aparacaq", - deyə Rusiya XİN-nin açıqlamasında qeyd olunur.
Milli.Az