İkinci nəsil BMW X1 prototipi Nürbyurqrinq trasında sınaqdan keçirilir. Bunu maskalanmış modelin çəkilmiş casus videosu da sübut edir. 2016-cı model ilinin yeni modeli bu ilin iyununda təqdim ediləcək. Seriya versiyasının payızda Frankfurt avtosalonunda debüt edəcəyi gözlənilir. Yeni modelin satışları isə 2015-ci ilin sonu - 2016-cı ilin əvvəlinə nəzərdə tutulub.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, BMW markasının ən yığcam şəhər krossoveri X1 "baza"da ön ötürmə sistemi ilə təchiz ediləcək. Opsiyada tam ötürmə sisteminin də ola biləcəyi ehtimal edilir.
Belə bir məlumat da var ki, avtoistehsalçı gələcəkdə modelin uzun təkər bazalı modifikasiyasını da təklif etmək niyyətindədir. Onun salonunda əlavə kürsü sırası (çox güman ki, uşaqlar üçün) nəzərdə tutulur.Yeddi nəfərlik BMW X1 adi versiyanın premyerasından sonra işıq üzü görəcək və qiymətinə görə çox da fərqli olmayacaq.
Milli.Az
Böyütmək üçün şəkilə klikləyin.
Videonu izləmək üçün şəkilə klikləyin.