Skype Translator sınanır

14 May 2015 00:45

The Verge nəşri yazır ki, Microsoft şirkəti altı ay sınaqlardan sonra Windows istifadəçilərinə Skype Translator (real vaxt rejimində səsli zənglər və mətn mesajları tərcümə etməyə imkan verən proqram) quraşdırmaq imkanı verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Skype Translator proqramının ilk sınaq relizi ispan və ingilis dillərinin tərcüməsinə imkan verən 50 min istifadəçi üçün əlçatan olub. Microsoft korporasiyası mayın 12-də proqrama italyan və Çin dilləri əlavə edilib.

Skype Translator, həmçinin mətn mesajlarını 44 müxtəlif dilə tərcümə edə və onlayn rejimdə öyrənə bilər: səsi tanımaq, nitqi təhlil etmək, istifadəçinin aksenti və tez-tez istifadə etdiyi sözlər.

Microsoft ilk dəfə 2012-ci ildə bu funksiyanı nümayiş etdirib.

Yalnız Windows istifadəçiləri (Windows 8 və ya Windows 10 versiyaları) Skype Translator proqramının sınaq versiyasını quraşdıra bilər.

Milli.Az