"ANAM ÜÇÜN!" videokampaniyasına qoşulub analarınıza "Çox sağ ol!" deyərək onlara öz sürprizinizi və "Procter & Gamble"dan hədiyyə təqdim edin

13 May 2015 12:00
Məlum olduğu kimi, dünyaca məşhur Procter & Gamble (P&G) şirkəti son günlərdə "ANAM ÜÇÜN!" adlı yeni bir aksiyaya təkan verdi. P&G-in rəsmi tərəfdaşı olduğu Bakı 2015 Avropa Oyunları ərəfəsində idmançıların öz analarına həsr etdiyi videoçarxı, yəqin ki, çoxları artıq görüblər. 2015-ci ilin aprel ayının əvvəllərində şirkət P&G məhsulları alan hər bir şəxsin iştirak edə biləcəyi lotereya oyunu barədə elanı hamıya çatdırdı.

Amma Şirkət sosial şəbəkələrin azərbaycanlı istifadəçilərinə və onların analarına daha parlaq bir sürpriz etdi. İndi istənilən şəxs öz anasına onu böyütdüyünə və ona çəkdiyi əziyyətlərinə görə hamının önündə "Çox sağ ol" deməklə P&G-dən unudulmaz hədiyyə qazandıracaq.

Bunun üçün sadəcə http://anamucun.az/ saytında "Anam üçün hədiyyə" bölməsinə daxil olmaq lazımdır. Bu bölmədə qeyd edilən göstərişlərə əməl edərək hər kəs anasına təşəkkür məzmunlu qısa videolarını sayta yükləyə bilər. Əgər müəllif bu videosunu Facebook sosial şəbəkəsində dostları ilə paylaşarsa, P&G həmin şəxsin anasına övladının çəkdiyi videonu təqdim edəcək və hədiyyə bağışlayacaq. P&G http://anamucun.az/ saytı vasitəsilə videosunu sosial şəbəkələrdə paylaşan ilk 3000 iştirakçının anasına hədiyyəni çatdıracaq.

Çəkilişlər zamanı istifadə etmək üçün saytda həmçinin videonümunə də yerləşdirilmişdir. "ANAM ÜÇÜN!" videokampaniyasına Nurlana Cəfərova, Rafael Ağayev, Azad Şabanov, Günay Malikqızı, Şahin Atamov, Turanə Hüseynli, Şəhriyar Əbilov, Sinan Ağayev, Sənan Şəfizadə və Suğraxanım Müqabilzadə kimi tanınmış tele- və radioaparıcı, aktyor, blogger, müğənni, idmançılar qoşulmuşlar. Bu günlərdə P&G onların iştirakı ilə çəkilən videoçarxları internet istifadəçilərinin öhdəsinə verib: https://www.youtube.com/watch?v=DcCoQpitrGU&feature=youtu.be