Ançelotti onu susdurdu

13 May 2015 12:08

"Real"ın baş məşqçisi Karlo Ançelotti Qaret Beylin meneceri Conatan Barnettin cavabını verib.

Goal.az xəbər verir ki, Ançelotti futbolçunun mencerinin "Real"da Beylə az ötürmə verirlər" fikirlərinə belə münasibət bildirib:
 

"Beylin meneceri onun məşqlərdə komanda yoldaşları ilə necə anlaşdığını görməyib. Buna görə də o, susmalıdır. Niyə belə açıqlamalar verir, bilmirəm. Ancaq Beyl həqiqətən də "Real"da xoşbəxtdir".
 

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin "Yuventus"la ilk görüşündə (1:2) olduqca zəif təsir bağışlayan Beylin meneceri futbolçunun komanda yoldaşlarından ötürmə almadığını iddia etmişdi.

Milli.Az