Putin Kerri ilə razılaşmadı

13 May 2015 10:20

"Bütün məsələlər üzrə rəylərimiz üst-üstə düşməyib"

Soçidə "Boçarov ruçey" prezident iqamətgahında Rusiya prezidenti ilə ABŞ dövlət katibi arasında görüş başa çatıb.

Anspress-in məlumatına görə, Rusiya ilə ABŞ Ukrayna münaqişəsi tərəfləri üzərinə öz təsir imkanlarından istifadə edərək, Minsk razılaşmalarının yerinə yetirilməsini təmin etmək razılığına gəliblər. Bu barədə görüşdə iştirak edən Rusiya XİN rəhbəri Sergey Lavrov görüşün yekunları üzrə nəticədən danışarkən bildirib.

"Danışıqlarda bütün məsələlər üzrə rəylərimiz üst-üstə düşməyib, lakin bugünkü görüş bir-birimizi daha yaxşı anlamaq imkanı verib. Biz Rusiya ilə ABŞ arasında ikitərəfli əlaqələrə və ölkələrimiz arasında ən müxtəlif sahələrdə əməkdaşlığa uzunmüddətli xələl vura bilən addımlardan çəkinmək zərurətini anlayırıq", - Rusiya-ABŞ danışıqlarının yekunları üzrə brifinqdə Lavrov deyib.

Mətbuat konfransı zamanı Kerri qeyd edib ki, Ukraynanın şərqində atəşkəs elə də baş tutmadı və növbəti dəfə qeyd edib ki, Rusiyaya qarşı sanksiyalar atəşkəsə tam riayət olunduğu təqdirdə ləğv edilə bilər.

Bundan başqa, Kerri Rusiyada həbsdə saxlanan Ukrayna təyyarəçisi, onun təbirincə, "siyasi məhbus" Nadejda Savçenkonu azad etməyə çağırıb.

Qeyd edək ki, Vladimir Putin, Con Kerri və Sergey Lavrovun iştirakı ilə danışıqlar dörd saatdan çox davam edib.

Milli.Az