Beynəlxalq "Formula-1" avtoçempionatının pilotu, məşhur idmançı Ralf Şumaxerin sabiq arvadı Kerolayn Brinkman Playboy jurnalı üçün fotosessiyaya çəkilib.
Milli.Az Bild-ə istinadən bildirir ki, 39 yaşlı Ralf Şumaxer və 38 yaşlı Kerolayn Brinkman 2011-ci ilin oktyabrın 5-də qeyri-rəsmi nikahlarını rəsmiləşdirmişdilər. Oktyabrın 23-də isə onların Devid adlı oğulları doğulmuşdu.
Onlar 2014-cü ildə boşansalar da, sonradan dəfələrlə dava-dalaş salmışdılar.
100 milyon avroluq sərvətə malik R.Şumaxerdən ayrılandan sonra K.Brinkmana məhkəmə qərarı ilə Zalsburq və Köln şəhərlərindəki apartamentlə villa çatmışdı.
Ralf Şumaxer "Formula-1"in canlı əfsanəsi Mixael Şumaxerin kiçik qardaşıdır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.