Azərbaycanlı müğənni Moskvada öldürüldü

12 May 2015 22:42

35 yaşlı Xəlil Rəhimov naməlum şəxs tərəfindən qətlə yetirilib 

Rusiya paytaxtında yaşayan Xocavənd sakini, 35 yaşlı Rəhimov Xəlil Bahadur oğlu naməlum şəxs tərəfindən qətlə yetirilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Moskvada müğənniliklə məşğul olan həmyerlimizin mübahisə zəminində öldürüldüyü bildirilir.

Faktla bağlı Moskvanın hüquq-mühafizə orqanları araşdırmalar aparır.

Milli.Az