Polislər banka hücum etdilər
24 Yanvar 2011 08:17
Milli.Az xəbər portalı AFP-yə istinadən bildirir ki, Hondurasda 5 polis əməkdaşı bankı qarət etmək cəhdində ittiham olunaraq hşəbs edilib.
Quldurlar Hondurasın paytaxtı Tequsiqalpadakı banklardan birinə soxularaq tapança ilə hədələdikləri mühafizəçini yerə yıxarblar və onun əl-qolunu bağlayıblar. Lakin bu an kuçədən keçən bir şəxs bankda baş verənləri görüb və dərhal polisə zəng vurub. Hadisə yerinə gələn polis bədəməlləri tutub.
Sən demə, tutulanların hamısı polis əməkdaşlarıdır.
"El Comercio" bildirir ki, tutulan polislər Zakari Pineda, David Pikado, Joze Eskalante, Yoni Salqado, Ever Moreno və Levi Morqandır.
Şübhəli şəxs kimi tutulmuş polislər işlərindən kənralaşdırılıblar.
Tural
Milli.Az