Türkiyədə yarışmada qalib olan AzTV-nin aparıcı danışdı - YENİLƏNİB - FOTO
12 May 2015 18:02
18:02
Modern.az-ın ünvanlandığı "Doğrudanmı "Ben bilmem, eşim bilir" verilişində iştirak etdiyiniz üçün rəhbərliklə aranızda narazılıq yaranıb" sualına cavabında aparıcı Vüsalə Səidi belə bir şeyin olmadığını vurğulayıb.
---------
16:06
Türkiyədə yayımlanan "Ben bilmem, eşim bilir" yarışmasında qalib olan AzTV-nin "Xəbərlər" proqramının aparıcısı Vüsalə Səidi və həyat yoldaşı kanal rəhbərliyi tərəfindən cəzalandırılıb.
Bu barədə qafqazinfo-ya AzTV-dən məlumat daxil olub. Məlumatda qeyd edilir ki, aparıcı və həyat yoldaşı sözügedən proqramda rəhbərliyin icazəsi olmadan iştirak edib. Buna görə də, AzTV rəhbəri Arif Alışanovun tapşırığı ilə qalib cütlükdən işdən çıxmaları ilə bağlı izahat alınıb.
Məsələ ilə bağlı qafqazinfo Vüsalə Səidi ilə əlaqə saxlayıb. O, bu barədə danışmaq istəmədiyini deyib.
da səhər saatlarından sözügedən məsələ ilə bağlı açıqlama verəcəklərini bildirsə də, hələ də kanaldan heç bir məlumat verilməyib.
Xəbər saytda yayımlanandan sonra AzTV mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova qafqazinfo ilə əlaqə saxlayaraq bildirib ki, bu barədə onlarda heç bir məlumat yoxdur: "Biz aparıcıdan izahat alınması məsələsini ilk sizdən eşidirik".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.