Nikolay Patruşev Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - FOTO

12 May 2015 13:53
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyəti mayın 12-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra nümayəndə heyətinin üzvləri Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə güllər, "Əbədi məşəl" abidəsinin qarşısına əklil qoyublar.

Buradan qonaqlar Bakının mənzərəsini seyr ediblər.

Daha sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsi ziyarət olunub, məzarı önünə əklil qoyulub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.