"Putin-Kerri görüşünün gündəliyi genişdir"

12 May 2015 12:29

"Rusiya prezidentinin ABŞ dövlət katibi ilə görüşünün gündəliyi genişdir"

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Görüşün gündəliyi maksimum genişdir. Bu, təbiidir. Lakin sanksiyalar bizim mövzumuz deyil", - deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Soçidə Vladimir Putinin Con Kerri ilə görüşü keçiriləcək.

Milli.Az