Ticarət-əyləncə mərkəzində yanğın olub
23 Yanvar 2011 17:36
Milli.Az xəbər portalı ANS-PRESS-ə istinadən bildirir ki, Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərindəki "Avropa" ticarət-əyləncə mərkəzində baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb. Yanğın azı 1200 kv.m ərazini əhatə edib.
Başqırdıstan Fövqəladə Hallar Nazirliyi yanğının baş verməsinə səbəb kimi elektrik naqillərində baş verən qısaqapanma, alovla ehtiyatsız davranma və təhlükəsizlik qaydalarını pozma kimi 3 versiyanı araşdırır.
Milli.Az