Bəd xəbər: "100 dollarlıq" bazar gözləməyin!

12 May 2015 09:37
OPEC hesab edir ki, növbəti 10 il ərzində neftin qiyməti 100 ABŞ dolları səviyyəsindən yuxarı qalxmayacaq.

APA-nın məlumatına görə, bu barədə "Wall Steeet Journal" OPEC-in son hesabatına istinadən yazır.
 
Sənəddə qeyd olunur ki, 2025-ci ilə qədər neftin qiyməti 75 dollar səviyyəsində proqnozlaşdırılır.
 
Nəşr qeyd edir ki, "100 dollar qiyməti" təşkilatın heç bir ssenarisində yoxdur.

Milli.Az