Qadın mənzili səhv salıb başqa kişinin yatağına girdi
23 Yanvar 2011 16:21
Milli.Az xəbər portalı "Canadian Post"a istinadən bildirir ki, Kanadanın Viktoriya şəhərində kuryoz hadisə baş verib. Gənc kişinin mənzilinə girən qadın yataq otağına keçib, soyunub, çarpayıya uzanıb və yuxuya gedib.
Ev sahibinin çağırdığı polis qadını oyadıb. Bəlli olub ki, qadın sərxoş olub və mərtəbəni səhv salıb. Sən demə, "dütt" deyənədək vurmuş qadın iki mərtəbə aşağıdakı mənzildə yaşayırmış.
Qadının açar olmadan yad mənzilə necə girdiyi bəlli deyil. Ya o mənzilin yiyəsi olan kişi qapını açarla bağlamırmış, ya da həmin binadakı bütün qapılarda eyni qıfıl varmış.
Tural
Milli.Az