Ana öz südünü içib sağ qaldı - FOTO

11 May 2015 13:10
Yeni Zelandiyanın paytaxtı Vellinqtonun yaxınlığında keçirilən ənənəvi "XTERRA Wellington Trail" marafon qaçışında bu dəfə olay yaşanıb.

Milli.Az New Zealand Herald-a istinadən bildirir ki, Syuzen O-Brayen adlı iki övlad anası, bu yaxınlarda ikinci övladını dünyaya gətirmiş gənc qadın marafonun keçirildiyi meşədə azıb.
 

Bazar günü Rimutaka meşəsində yerli vaxtla səhər saat 9-da başlanan marafon 2,5 saatdan sonra başa çatıb. Amma finiş xəttinə çatanlar arasında 29 yaşlı Syuzen yoxdu.
 

11.30-da axtarışlar başlanıb.

Syuzenin meşədə azdığı bəlli idi.
 

Consonvill şəhərinin yaxınlığında başlanan axtarışlar bir nəticə verməyib.

Meşədə azmış Syuzenin axtarışlarına helikopter də cəlb olunub.
 

O, dünən səhər saatlarında aşkarlanıb. Axtarış helikopterindəki istilik detektoru Syuzenin yerini aşkarlayıb.
 

"Meşədə azmışdım, haraya gedəcəyimi bilmirdim. Ac idim və acından ölməmək üçün öz südümü içirdim. Sonra hava soyudu və buna görə də üz-gözümə palçıq çəkdim ki, bədənim çox soyumasın. Soyuq, rütubətli havada belə qalacağımı, öləcəyimi düşünürdüm", - Syuzen deyib.
 

Qadının qardaşı Lester Hou Facebook-dakı səhifəsində axtarış-xilasetmə xidmətinin əməkdaşlarına minnətdarlığını bildirib.
 

Milli.Az 


Böyütmək üçün şəkillərə klikləyin.