Obamanın sevgisi kinoda
10 May 2015 18:10
ABŞ prezidenti Barak Obama və həyat yoldaşının sevgi hekayəsindən bəhs edən bədii film çəkiləcək.
Anspress-in məlumatına görə, "Southside with You" adlanacaq filmin artıq aktyor heyəti məlumdur. Gələcəkdə ABŞ prezidenti olacaq gənc Barakı aktyor Parker Soyers, gələcəyin birinci xanımını isə aktrisa Tika Sampter oynayacaqlar.
Çəkilişlərə 2015-ci ilin yayında start veriləcək. Ekran işinin 2016-cı ildə işıq üzü görəcəyi planlaşdırılıb.
Filmdə hadisələr 1989-cu ildə gənc Barak Obamanın vəkil Mişel Robinsonu Spayk Linin "Necə lazımdır, elə et" filminə baxmağa dəvət etməsi ilə başlayır. İlk öpüş də elə birinci filmdə olur.
Filmdə siyasətə heç bir yer ayrılmayıb.
Milli.Az