İstanbuldan qalxan təyyarədə bomba həyəcanı
10 May 2015 16:32
İstanbul-Frankfurt reysi ilə uçan təyyarə bomba təhlükəsi səbəbindən Atatürk Hava limanına təcili eniş edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. "Lufthansa" hava şirkətinə məxsus təyyarədə bomba olması xəbərindən sonra havaya qalxan təyyarə yenidən aeroporta qaytarılıb.
Yoxlama zamanı təyyarədə hər hansı təhlükəli əşya aşkarlanmayıb.
Milli.Az