Aston Martin kupeli yenilik - FOTO

10 May 2015 21:10
Məlum olub ki, Kahn Design emalatxanası Aston Martin DB9 bazasında idman kupesi hazırlayır. İnternetdə yeni modelin bir neçə eskizi aşkar olunub.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Kahn Vengeance adlanan modeldə bəzi həllər retro üslubda yerinə yetirilib və bu da təəccüblü deyil. Şirkət təmsilçiləri qeyd ediblər ki, onlar 80-90-cı illərin Aston Martin avtomobillərindən ilham alıblar.

Texniki xüsusiyyətlər haqqında məlumat yoxdur, lakin çox güman ki, Kahn Vengeance idman kupesi DB9 modelində 517 a.g. və 620 Nm fırlanma anı hasil edən 6,0 litr həcmli V12 atmosfer mühərriki ilə təchiz ediləcək. Yeni versiya daha yüksək göstəricilər nümayiş etdirəcək.

Ciddi dəyişikliyə məruz qalmış Aston Martin DB9 Böyük Britaniyada buraxılacaq və qiyməti 125 050 funt-sterlinqdən (standart versiyanın qiymətindən) baha olacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.