Milli.Az 4charx.com-a istinadən bildirir ki, qadın öz Volkswagen Touareg markalı avtomobilində park etmək üçün yer gəzərkən bahalı Mercedes və Porsche avtomobilləri arasında boş yerə rast gəlib və həmin yerin yaxınlığında maşınını əyləmək istəyib, lakin təcrübəsizlikdən pedalları səhv salıb. Nəticədə Volkswagen idarəedilməz vəziyyətə gəlib və birbaşa orada park etmiş Porsche 911 markalı avtomobilin üstünə çıxıb. Hadisə yerindən şəkilləri Autoevolution dərc edib.
Sportkar ciddi zədələnib. Xoşbəxtlikdən, maşının içində heç kim olmayıb - ümumiyyətlə, o, qırmızı parça ilə örtülü olub, hərçənd ki, bu örtüyün heç bir köməyi olmayıb. Qadın da qəzadan sağ-salamat qurtarıb. Düzdür, Touareg asan bərpa edləcək, amma şəkillərdən də göründüyü kimi, sportkar həqiqətən çox ciddi ziyan çəkib.
Milli.Az