600 at güclü Audi - FOTO

9 May 2015 14:57
Audi şirkəti 600 at güclü konseptual TT Clubsport Turbo Concept kupeni rəsmi məxvilikdən çıxarıb. "Qaynar" yeni model beş silindrli 2.5 TFSI aqreqatından istifadə edir. Mühərrikin elektrik gücləndirici ilə təchiz edilməsi aşağı dövr etmələrdə yanacağın verilməsinin səciyyəvi ləngiməsini aradan qaldırır. Ekstremal yeni modelin ictimai debütü hər il Avstriyanın Vörterzee (Wörthersee-2015) adlı ərazisində keçirilən ənənəvi GTI festivalında nəzərdə tutulub.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, təqdim edilən konseptual kupe Audi TT Clubsport Turbo turbokompressor və elektrik gücləndiricidən istifadə etməklə dinamik xüsusiyyətlərinə görə daha zəhmli idman avtomobilləri ilə yarışa bilər . 0-100 km/saat sürətlənməyə maşın 3,6 saniyə vaxt səef edir. Maksimal sürət saatda 310 kilometrə bərabərdir. Beləliklə də konseptual prototip eksklüziv Audi R8 idman kupesi qədər sürətlidir.

Təqdim edilən prototipin məhsuldarlığından danışarkən optimizasiya edilmiş karbon aerodinamik asmanı, karbon-plastikdən hazırlanmış iri antiqanadı, 20 düymlük unikal təkər disklərini, yüksək göstəricili karbon-keramik əyləcləri də qeyd etmək lazımdır. Audi TT Clubsport Turbo konseptual ekstremal kupenin salonunda yüngül idman kürsülərinə, titan borulardan hazırlanmış təhlükəsizlik karkasına, narıncı aksentlərə və fərqləndirici loqotiplərə rast gəlmək olar. Avtomobilin interyeri sadədir, funksionaldır və yüksək keyfiyyətli materiaıllarla işlənib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.