Türkiyənin Antalya şəhərində keçirilən kempo idmanı üzrə 12-ci dünya çempionatı başa çatıb. Yarış komandamız üçün çox uğurlu olub. Baş məşqçi Rauf İbrahimovun rəhbərliyi altında idmançılarımız 4 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar.
Azərbaycan Kempo Federasiyasından Milli.Az-a verilən məlumata görə, yarışda Azərbaycanı Kempo Federasiyasının prezidentiRauf İbrahimlinin rəhbərliyi ilə 14 idmançı təmsil edirdi. İdmançılarımızdan Toğrul İbrahimli (yeniyetmələr arasında 45 kg çəki dərəcəsində Full-Kempo 1 yer, Submission 1 yer) , Vəlizadə Peyman (50 kg çəki dərəcəsində yeniyetmələr arasında Full-Kempo 1 yer), Elmar Cəfərov (75 kg çəki dərəcəsində kişilər arasında Submission 1 yer) qızıl medala sahib olublar. Dünya çempionatında Rüfət Cəbrayılov (80 kg çəki dərəcəsində yeniyetmələr arasında Full-Kempo 2 yer, Submission 1 yer), Məmmədov Orxan (65 kg çəki dərəcəsində yeniyetmələr arasında Full-Kempo 2 yer, Semi - Kempo 3 yer) və Ayşad Əsgərli (100 + kg çəki dərəcəsində kişilər arasında Submission 2 yer) gümüş medala sahib olublar. Rahib Əhmədov (70 kg çəki dərəcəsində kişilər arasında Nogdaun 3 yer) və Pərvin Hacıyev (95 kg çəki dərəcəsində kişilər arasında Submission 3 yer) isə bürünc medal qazanıblar.
Milli.Az