BP-dən Bakı-Tbilisi-Ceyhandakı qəza xəbəri ilə bağlı AÇIQLAMA
8 May 2015 17:36
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində heç bir qəza baş verməyib
Bunu Trend-ə BTC-nin operatoru olan BP şirkətindən deyiblər.
Şirkətdən bildiriblər ki, bəzi KİV-lərin boru kəmərində qəza baş verməsi ilə bağlı yaydığı məlumatlar həqiqətəuyğun deyil.
Şirkətdən qeyd ediblər: "Neft dağılmalarının qarşısını almaq üçün onun çıxarılması məqsədilə boru kəmərində nasoslar quraşdıran şirkətin press-relizində deyilirdi ki, BTC-nin istismara verilməsindən etibarən onun işi heç vaxt dayanmayıb. Hər 6 aydan bir aparılan profilaktik işlərin həyata keçirilməsi zamanı müəyyən edilib ki, nasoslardan biri zibillə dolub. Nasosun işi 3 həftə ərzində bərpa edilib. Bu, boru kəmərinin işinə heç cür təsir etməyib".