"Gözəlliyim üçün ayda 1000 manat xərcləyirəm"

8 May 2015 16:16

Aparıcı Nərgiz Məmmədova baxım üçün xəclədiyi məbləği açıqlayıb

Axşam.az-ın əməkdaşı ilə söhbətində o, gözəllik salonuna hər gün getdiyini deyib:
 

"Demək olar ki, həftənin hər gününü salona gedirəm. Ən az iki-üç saatım gözəllik salonunda keçir. Əsasən, saç düzümü, makiyaj və manikür etdirirəm. Göz önündə olan insanam. İstəsəm də, istəməsəm də, mən baxımlı görünməliyəm. Çünki insanlar hər xırdalığa fikir verirlər. Şəkildə bir dırnaq balaca görünən də belə şərh yazırlar. Bir problem də var ki, özünə çox qulluq edəndə başlayırlar pisləməyə. Baxımsız olub pislənməkdənsə, gözəl görünüb pislənməyə üstünlük verirəm. Evdə maskalar düzəldib, üzümə qulluq etmirəm. Tənbələm. Ona görə də kosmetoloq yanına gedirəm. İki aydanbir isə masaja yollanıram. Gözəlliyim üçün ayda min manata qədər pulum çıxır. Amma buna görə peşman deyiləm. Nə qədər lazım olsa xərcləyərəm. Bir də mən alış-veriş aludəçisiyəm. Geyim alanda xoşbəxt oluram".

Milli.Az