37 yaşlı futbolçu daha 2 il futbol oynayacaq
23 Yanvar 2011 13:06
Premyerliqa.az-ın məlumatına görə, İtaliya mətbuatına açıqlama verən 37 yaşlı futbolçu "İnter"də çox xoşbəxt olduğunu söyləyib: " Burada olduğum üçün çox xoşbəxtəm. "İnter" kimi bir klubda uzun illər qala biləcəyimi xəyal belə etmirdim. Belə böyük bir komandanın uzun illər kapitanı olmaq isə daha da böyük bir şərəfdir".
Hələki futbolla vidalaşmaq barədə düşünmədiyini bildirən Zanetti daha sonra bunları bildirib: "Hələki futbolla vidalaşmıram. Daha 2 il futbol oynamaq istəyirəm. Əlbəttə ki, karyeramı "İnter"də sonlandıracağam".
Milli.Az