Dəhşətli qəza: 2 səfir həlak oldu, diplomatımız ölümdən döndü - YENİLƏNİB

8 May 2015 14:28
14:28

Pakistanda göyərtəsində xarici ölkə nümayəndələrinin olduğu Mi-17 helikopteri qəzaya uğrayıb.
 
APA-nın "Bangkok Post" nəşrinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində Norveç və Filippinin Pakistandakı səfirləri ölüb.
 
"Dawn" qəzeti isə hadisə zamanı Malayziya və İndoneziya səfirlərinin həyat yoldaşlarının öldüyü barədə xəbər yayıb. Ümumiyyətlə iki pilot daxil olmaqla, 6 nəfər ölüb. Polşa və Niderland səfirləri isə yaralanıb.
 
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə özünün "Twitter" səhifəsində yazıb ki, qəzaya uğrayan vertolyota Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov da minməliymiş.
 
"Pakistanda vertolyot qəzasında bir neçə ölkənin səfiri həlak olub. Bizim səfirimiz son andakı dəyişikliyə görə vertolyota minməyib", - deyə H. Məmmədzadə qeyd edib.

---------
14:18

Pakistanda göyərtəsində xarici ölkə nümayəndələrinin olduğu Mi-17 helikopteri qəzaya uğrayıb.

APA-nın "Bangkok Post" nəşrinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində Norveç və Filippinin Pakistandakı səfirləri ölüb.
 
"Dawn" qəzeti isə hadisə zamanı Malayziya və İndoneziya səfirlərinin həyat yoldaşlarının öldüyü barədə xəbər yayıb. Ümumiyyətlə iki pilot daxil olmaqla, 6 nəfər ölüb. Polşa və Niderland səfirləri isə yaralanıblar.

Milli.Az