Raykardın istədiyi futbolçunu Haci alır
22 Yanvar 2011 17:33
Premyerliqa.az-ın məlumatına görə, Rumınyada çıxış edən qapıçı Zapata və hücumçu Stankunu transfer edən "sarı-qırmızılılar" Hacinin ölkəsində futbol oynayan Kadunu da komandaya cəlb etmək niyyətindədir.
Türkiyə mətbuatı xəbər verir ki, "Qalatasaray" rəsmiləri ÇFR (Kluj) - da çıxış edən Kadu ilə danışıqlara başlayıb. 29 yaşlı futbolçu Rumınyadakı ən yaxşı mərkəz müdafiəçilərindən hesab edilir.
Kadu "Qalatasaray"ın keçmiş baş məşqçisi Frenk Raykardın da diqqətini cəlb etmişdi. Hətta o zaman İstanbul klubu Kadu üçün klubu ilə danışıqlara da başlamışdı, ancaq nəticə əldə edilməmişdi. Bu dəfə isə Geroge Hacinin marağında olan futbolçunun "Qalatasaray"a keçidi daha real hesab edilir.
Milli.Az