Milli.Az 4charx.com-a istinadən bildirir ki, restaylinq prosesində BMW 3-Series xaricdən minimum dəyişikliyə məruz qalıb. Bunlardan görünüşü bir qədər dəyişdirilmiş bamperləri, əsas optikada və arxa fənərlərdəki LED elementləri qeyd etmək olar. Salonda da dəyişiklik çox deyil - dəyişdiriliş klimat-kontrol idarəetmə sistemi bloku və bəzi xrom interyer elementləri.
BMW 3-Series modelində ən mühüm dəyişiklik 326 a.g. hasil edən 3,0 litrlik altı silindrli turbo mühərriklə hərəkətə gətirilən 340i versiyasının (fotoşəkillərdə) işıq üzü görməsidir. O 335i versiyasını əvəz edəcək. Yeni modelin digər təfərrüatları premyeradan sonra açıqlanacaq.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.