Milli.Az 4charx.com-a istinadən bildirir ki, möhtəşəm Concorso d'Eleganza Villa d'Este sərgisi həmişə "təkərlər üzərində incəsənət" hesab edilib. BMW markası hər il İtaliyanın şimalında keçirilən bu sərgidə böyük iştirak təcrübəsinə sahibdir. Məsələn, məhz bu tədbirdə vaxtilə M1 Homage, Gran Lusso Coupe və Zagato Coupe kimi nəqliyyat vasitələri, BMW 5-Series, 3-Series, 6-Series və 7-Series seriya avtomobilləri prototipləri ilk dəfə nümayiş etdirilib. 2015-ci ildə bu möhtəşəm avtomobil tədbiri mayın 22-də işə başlayacaq.
Milli.Az