Jaguar üçün tüninq - FOTO

11 May 2015 23:47
Piecha Design alman avtomobil emalatxanası Jaguar F-Type üçün yeni modernizə proqramını rəsmi açıqlayıb. Təqdim olunan avtomobilin tam adı belədir - Jaguar F-Type 3.0 V6 Evolution Coupe by Piecha Design. Yeni ad ilə birgə maşın tamamilə yenidən işlənmiş aerodinamik asma, endirilmiş asqı və 20-21 düym unikal təkər diskləri əldə edib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Piecha Design emalatxanası cəmi bir neçə gün əvvəl analoji vizual yeniliklərlə modernizə edilmiş Jaguar F-Type V8 Roadster kabriolet təqdim etmişdi. Birmənalı olaraq modernizə edilmiş Jaguar F-Type 3.0 V6 Evolution Coupe kupe daha aqressiv və idmansayağı görünür.

Qeyd edək ki, Piecha Design mütəxəssisləri britaniyalı kupenin texniki xüsusiyyətlərini dəyişməyiblər. Dəyişikliklər istisnasız olaraq xarici görünüşə aiddir və bu dəyişikliklərin qiyməti hələlik açıqlanmır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.