Peugeot məxfiliyə son qoydu - FOTO

11 May 2015 21:45
Ardıcıl bir neçə intriqalı anonslardan və fantastik təsvirlərdən sonra Peugeot şirkəti virtual Vision Gran Turismo sportkarını rəsmən təqdim edib. 875 at güclü ekstremal bolid yaxın vaxtlarda əfsanəvi Gran Turismo 6 oyun simulyatorunun qarajında öz yerini tutacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Peugeot Vision Gran Turismo virtual bolidi gözləntiləri tamamilə doğrultdu və fantastik bir avtomobil olaraq yarışlara qoşulur. Onun kuzovunun hündürlüyü 1,04 metrdir. Fransa şirkəti rəsmi təmsilçiləri iddia edirlər ki, yeni modelin forma və dizaynı aerodinamik xüsusiyyətlər baxımından praktik olaraq əlavə modifikasiyaya yer qoymur.

Heyranedici, fantastik, aerodinamik, futuristik, yaraşıqlı və cazibədar virtual yeni avtomobil Peugeot Vision Gran Turismo 3,2 litrlik V6 turbo daxiliyanma mühərriki ilə qidalanır. Onun maksimal gücü 875 at gücünə bərabərdir. Elə maşının çəkisi də 875 kiloqramdır. Başqa sözlə hər kiloqram çəkiyə bir at gücü. 1:1 - buna xüsusi olaraq valeh olursan.

Güc aqreqatı ilə tandemdə 6 pilləli mexaniki ötürücü qutu və tam ötürmə sistemi çalışır. Virtual yeni model Vision Gran Turismo öndə 22, arxada 23 düym disklər üzərində yeriyir. Onlar havalanan Brembo əyləc sistemi ilə təchiz edilib. Bütün bu qeyd olunanlardan sonra daha bir heyrətamiz göstəricini açıqlamaqla avtomobil haqqında yazıya yekun vururuq: Peugeot Vision Gran Turismo 0-100 km/saat sürətlənməni 1,75 saniyəyə həyata keçirir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.