Aqressiv Mercedes SLS - FOTO

10 May 2015 19:59
Prior Design emalatxanasının Mercedes SLS üçün hazırladığı aerodinamik asma PD900GTWB adlanır. Onunla sizin SLS modeliniz GT3 seriyasının yarış bolidinə bənzəyəcək.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, lazımi qədər qiymətləndirilməmiş SLS tədricən arxa plana keçir, belə ki, hamı öz baxışlarını artıq AMG GT modelinə yönəldib. Lakin PD900GTWB ona öz əvvəlki cazibədarlığını qaytaracaq. Asma unikal ön və arxa bamperlərdən, yan ətəklərdən, təkər tağları genişləndiricilərindən, yeni kapot və arxa spoylerdən ibarətdir.

Müştəri ayrı-ayrı elementləri karbondan da sifariş edə bilər. Qiymətə gəldikdə isə Prior Design öz işinə görə 24 900 avro tələb edir. Bu qiymətə 20 düymlük Rotiform SNA diskləri, 35 mm nizamlanan KW asqısı və avtomobilin gücünü 40 a.g. artıran firma xaricetmə sistemi daxildir. Bura 591 at güclü Mercedes-ə 30 a.g. və 40 Nm fırlanma anı bəxş edəcək çiptüninq də əlavə edilə bilər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.