Yeni Audi Q7 - FOTO

11 May 2015 23:14
Yeni Audi Q7 krossoveri şirkətin Nekkarzulme şəhərində yerləşən zavodundakı Audi Forum mərkəzində nümayiş etdirilir. Gümüşü metal boya ilə rənglənmiş avtomobil S line yaxşılaşdırılma paketi əldə edib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobilin kapotu altında 272 a.g. və 600 Nm maksimal fırlanma anı hasil edən 3,0 litrlik dizel mühərriki yerləşdirilib. Aqreqatın gücü bütünlüklə tam ötürmə sisteminə verilir. Modelin çəkisi əvvəlki nəsilə nisbətən 325 kq az - 1 995 kiloqramdır. İlk "yüzlüyə" sürətlənmə 6,3 saniyə ərzində baş verir. Maksimal sürət 234 km/saat təşkil edir.

Almaniyada 2015-ci model ili Audi Q7 3.0 TDI Quattro krossoverinin qiyməti 60 900 avrodan başlayır, lakin kuzovun qeyd etdiyimiz Florett Silver Metallic rəngi üçün əlavə 990 avro ödəmək lazım gələcək. Eyni zamanda "S line" staylinq paketi avtomobilin qymətini daha 1 850 avro artıracaq. Əlavə edək ki, avtomobil 5 "ləçəkli" 21 düymlük təkər diskləri ilə təchiz edilib. 285/40 R21 ölçülü şinlər geyindirilmiş bu disklərin qiyməti 2 990 avrodur. Yeni Audi Q7 krossoverin satışa bu yay çıxarılacağı gözlənilir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.