Möhtəşəm Phantom - FOTO

8 May 2015 18:11
"Rolls-Royce" şirkəti hələ də "Phantom"-u göz önündə saxlamağa çalışır. Növbəti xüsusi versiya bir müddətdir ki, bazarda olan modelə maraq yaratmalıdır. 

Milli.Az auto.az-a istinadən bildirir ki, "Rolls-Royce Phantom Limelight Collection" 25 avtomobildən ibarət çox məhdud seriya ilə buraxılacaq. Alıcılara interyerin iki yeni rəngindən birini təqdim edəcəklər. Bu da öz növbəsində bahalı bəzək materialları deməkdir. 

Arxa sərnişinlər üçün olan oturacaqlar Britaniya şirkətinin avtomobillərinin təklif edə bildiyi maksimum rahatlığı təqdim edəcək. Bundan başqa içəridə avtomobildə qalmağın rahatlığı üçün bir çox aksesuarlar da olacaq. 

"Rolls-Royce Phantom Limelight Collection"-nun eksteryeri də cüzi dəyişiklərə məruz qalacaq. 

Yeni ban rəngi və doqquzmilli yüngül lehimli disklər əsas dəyişikliklərdir. 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.