Keçmiş məhkum 56.700 manatı mənimsədi

22 Yanvar 2011 14:37
Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Zaqatala rayon sakini Ədalət Əfəndiyev polisə müraciət edərək Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Elxan Əliyevin onun başına gətirdikləri barədə məlumat verib. Ə.Əfəndiyev bildirilib ki, E.Əliyev onun etimadını qazanaraq 56.700 manat pulunu alıb.
Faktla əlaqədar cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az