Adətən turistlərin getdikləri ölkələrdə əsas diqqət yetirdikləri məsələlərdən biri də milli mətbəxdir. Avropa Oyunları ərəfəsində ölkəmizə böyük turist axını gözlənildiyindən, gələn turistlər tarixi abidələrimiz, gəzməli-görməli yerlərimizlə yanaşı, ölkəmizin mətbəx nümunələrini də diqqətdə saxlayacaqlar. Bəllidir ki, Azərbaycanın zəngin və qədim tarixə malik mətbəx nümunələri var. Amma onların hazırlanıb gələn qonaqlara düzgün şəkildə təqdim edilməsi də çox vacibdir. Milli mətbəx nümunələrinin dünyaya çatdırılmasında isə Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) böyük rolu var. Birinci Avropa Oyunları ərəfəsində mətbəx nümunələrimizin turistlərə təqdim olunması ilə bağlı AMKM-in baş direktoru Tahir Əmiraslanovla söhbət apardıq.Tahir Əmiraslanov əmindir ki, ölkəmizə gələn turistlər mətbəx mədəniyyətimizi özləri ilə aparmağa çalışacaqlar