Yaxın Şərqdə silahlanma yarışı varmı?

7 May 2015 23:35

Silahlanmaya son investisiyalardan biri də Qətər və Fransa arasındakı 7 milyardlıq silah sövdələşməsidir. Buraya 24 döyüş təyyarəsi də daxildir.

Bu həftə Fransa prezidenti François Hollande-ın Qətərlə 7 milyard dollarlıq hərbi investisiyalar barədə sazişi imzalaması Körfəz ölkələrinin silahlanmaya sərf edilən böyük xərcləmələrini yenidən gündəmə gətirib. Bəzi şərhçilər hətta son illərdə həyəcanlar və məzhəb toqquşmalarına meydan olan bu regionda silahlanma yarışının getdiyini dilə gətirirlər.
 

Milli.Az BBC-yə istinadən bildirir ki, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanı kimi öz silahlı qüvvələrinin modernləşdirilməsi üçün müasir hərbi avadanlığa külli miqdarda vəsait xərcləyir.
 

Fransa ilə imzalanmış yeni saziş əsasında Oman 2018-ci ildən başlayaraq 24 Rafale döyüş təyyarəsi alacaq.

Stokholmdakı Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (International Peace Research Insitute (Sipri), üçün hərbi xərcləri tədqiq edən Peter Wezeman bildirir ki, Körfəzdə silahlanma yarışı gedir, lakin bu, birtərəflidir.
 

"Körfəzdə ərəb tərəfi yeni silahlara böyük məbləğlər xərcləyir. Bu mənada Qətər misal ola bilər. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də silahlanmada əsas oyunçulardır" - Wezeman deyib.
 

Cənab Wezeman deyir ki, silahlanmaya investisiyalar yatırılmasının əsas məqsədi daxildə və xaricdə üsyanları söndürməkdir.

Ərəb ölkələri narahatdırlar ki, Yəmən, Suriya və İraqdakına bənzər münaqişələr onların da sərhədlərini aşa bilər.

Burada İran da var.
 

Cənab Wezeman deyir ki, sözü gedən ərəb ölkələri İranı doğrudan da real təhlükə hesab edir.

"Silahlar İranı qorxutmaq üçündür" - deyir təhlilçi.
 

Milli.Az