Güləşçimiz ermənini yerə çırpdı - FOTO

7 May 2015 16:50
Lənkəranlı güləşçi erməni rəqibini məğlub edərək Beynəlxalq yarışın qalibi oldu. Milli.Az CTV-yə (Region TV-yə) istinadən bildirir ki, həmyerlimiz bu uğura Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnirdə imza atıb. Lənkəran Uşaq Gənclər İdman məktəbinin yetirməsi olan Təbriz Yusubzadə beynəlxalq turnirdə uğurlu çıxışı ilə yadda qalıb.

55 kq-da gənclər arasında güləşən idmançı bütün rəqiblərinə qalib gələlərək yarışı fəxri kürsünün ilk pilləsində başa vurub. Cənublu idmançı bu turnirdə yeganə qızıl medalın sahibi olub. Onun üçün final görüşü xüsusi əhəmiyyət daşıyıb. İdmançımız həlledici görüşdə Avropa çempionu olan erməni rəqibini tam üstünlüklə məğlub edib. Beynəlxalq yarış, eyni zamanda, gələn ay keçiriləcək Avropa çempionatınatına seçim xarakteri daşıyıb. Ümumilikdə isə turnirdə iştirak edən gənclərdən ibarət milli komandamızın üzvləri 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb. Komanda hesabında yığmamız üçüncü pillədə qərarlaşıb. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Ceyhun Salmanov təmsil edib.

Qeyd edək ki, Təbriz Yusubzadə bundan əvvəl ölkəmizdə keçirilən beynəlxalq yarışı da qızıl medalla başa vurmuşdu.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.