Avropa Microsoft-a yox dedi

8 May 2015 21:55
BBC məlumat verir ki, Microsoft korporasiyası Skype brendini Avropada qeydiyyatdan keçirə bilməz, çünki bu xidmətin loqosu və fonetik səslənməsi Britaniyanın Sky televiziya konserninin adı ilə çox oxşardır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Avropa sakinləri arasında keçirilmiş sorğuya əsasən, onlar çox vaxt Skype və Sky adlarını bir brend kimi qəbul edirlər.

Biz əminik ki, bu brend və xidmətlər arasında heç bir qarışıqlıq yoxdur və biz Avropa Məhkəməsinin qərarından şikayət verəcəyik - proqram nəhənginin bəyanatında deyilir.

Bu halda Redmond nəhəngi ticarət markasını rebrendinq etmək məcburiyyətində olmayacaq, çünki məhkəmə yalnız brendin qeydiyyatından imtina edib.

Xatırladaq ki, 2014-cü ilin əvvəlində Microsoft korporasiyası SkyDrive bulud xidmətinin adını dəyişdirərək OneDrive adlandırıb, çünki Sky şirkətinin eyni adda şəxsi xidməti mövcuddur. 

Milli.Az