Microsoft korporasiyasının Windows 10 ƏS-ni digərlərindən daha yaxşı etmək cəhdinə baxmayaraq, istifadəçilərin əksəriyyəti əvvəlki kimi Windows 7 sistemindən istifadəyə üstünlük verirlər.
Milli.Az ICTnews-a istinadən bildirir ki, analitik agentliyin məlumatına görə, dünyada ən azı 54,07 faiz fərdi kompüterə Windows 7 əməliyyat sistemi quraşdırılıb. Başqa sözlə, dünyanın hər ikinci FK-i Windows 7 masaüstü platforması ilə işləyir. Bu halda agentliyin nümayəndəsi bildirib ki, 2015-ci ildə dünyada Windows 7 sisteminin bazar payı xeyli yüksəlib.
Microsoftun yeni Windows 10 sisteminə dəstək kimi ciddi marketinq siyasətinə baxmayaraq, şirkət hələ ki istifadəçiləri Windows 7-dən yeni ƏS-nə keçid etməyə nail olmayıb.
StatCounter analitik şirkətinin məlumatlarına əsasən, Windows 8.1 populyarlığına görə ikinci əməliyyat sistemidir. Hazırda bu platformanın dünya bazarında payı 15,08 faiz təşkil edir. Növbəti pilləni Windows XP tutub. İndiyədək dünyada 11,58 faiz kompüterdə adıçəkilən ƏS-dən istifadə edilir.
Milli.Az