Almaniyanın məşhur şirkətində böhran

7 May 2015 15:09
Almaniyanın "Siemens" şirkəti 4.5 min nəfər işçisini ixtisara salmağı planlaşdırır. Buna səbəb isə şirkətin qazancının azalmasıdır.

Milli.Az Gazeta.ru-ya istinadən bildirir ki, bu ilin ilk rübündə sənaye xərcləri ucbatından şirlətin qazancı 4.9% azalaraq 1.9 milyard dollar olub.

Şirkətin icraçı drektoru Co Kayzer bildirib ki, struktur yenidənqurması artıq başa çatıb.

"Biznesin rentabelliyi göstərir ki, sənaye xərclərinin azaldılması üzrə əlavə tədbirlər görməliyik", - o əlavə edib.

Milli.Az