Dünyadakı bütün "geyləri" məhkəməyə verdi

7 May 2015 14:58
ABŞ-ın Nebraska ştatının sakini Silviya Driskell dünyadakı bütün geyləri məhkəməyə verib. Milli.Az xəbər verir ki, bu barədə Omaha World-Herald qəzeti məlumat yayıb.

66 yaşlı qadın özünü allahın və İsa Məsihin elçisi adlandırır. O, qaldırdığı iddiada homoseksuallığın günah iş olduğunu məhkəmənin elan etməsini tələb edir.

Driskell ərizəsində Bibliyadan sitat gətirərək qeyd edib ki, homoseksualizm günahdır. Bütün geylər günah içində yaşayırlar.

Milli.Az