Bu səbəbdən bank krediti götürə bilməyəcəksiniz

7 May 2015 13:52
"Azərbaycanda kommunal borclar yarım milyard manata qədərdir. Bu məbləğ ötən ilin nəticələri əsasında müəyyənləşmişdi. İndi isə fərqli ola bilər".

Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, bu barədə echo.az saytına Davamlı İnkişafı Araşdırma Mərkəzinin sədri Nəriman Ağayev deyib.

Onun sözlərinə görə, banklar kredit verərkən bu amili nəzərə almalıdırlar.

"Əgər vətəndaşın borcu varsa, bu fakt nəzərə alınmalıdır. Əgər vətəndaş bankdan kredit götürürsə, deməli, heç də hər şey qaydasında deyil. Hər zaman maraqlanmaq lazımdır ki, vətəndaşlar niyə borclarını qaytara bilmirlər", - o əlavə edib.

Milli.Az