Rövnəq Abdullayev FİFA prezidentini Bakıya dəvət edib
22 Yanvar 2011 14:01
Milli.Az xəbər portalı AFFA-nın internet saytına istinadən xəbər verir ki, görüşdə ölkəmizdə futbolun inkişafı istiqamətində son bir il ərzində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, FİFA ilə AFFA arasında əməkdaşlıq haqda geniş fikir mübadiləsi aparılıb.
FİFA-nın prezidenti Yozef Blatter Azərbaycanda futbolun inkişafı ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiyini bildirib.
Sonda FİFA-nın prezidenti Azərbaycan futbolunun 100 illik yubileyi ilə bağlı bu ilin iyununda keçiriləcək təntənəli tədbirə dəvət olunub.
Milli.Az