Bakını dünyaya tanıtdı, yoxsa onu təhqir etdi? - FOTO

7 May 2015 10:07

Dünyanı gəzib-dolaşan bu şəxs şəhərlərin ən görməli yerlərində lüt soyunaraq arxa istinad nöqtəsinin şəkillərini çəkdirir

İnstagram-da @myassthetics profili ilə məşhur olan, dünyanın bir çox yerlərində olan əcnəbinin son dayanacağı paytaxtımız Bakı olub. Qız qalasının başına çıxıb üzü İçərişəhər tərəfə dayanıb şəkil çəkdirən kişi   yenə də anadangəlmə lüt olub.

Bakının simvolu olan Qız qalasında lüt soyunub şəkil çəkdirən bu şəxsin əməli, bəlkə də, performans sayıla bilər, lakin bu, ifrat azadlıq səviyyəsində tərbiyəsizlikdir.

O da maraqlıdır ki, Qız qalasında mühafizəni təmin etməli olan polis hara baxırmış? Olmaya, asayiş keşikçiləri də bu əməli incəsənət sayıblar?

Ceyhun Ələkbərov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.