Ən böyük ev daha da böyüyəcək - FOTO

7 May 2015 12:49

ABŞ-ın Florida ştatında inşa edilən bu evi "Versailles" adlandırırlar. Çünki ev sahiblərinin tikdirdikləri, Birləşmiş Ştatların ən böyük evi olacaq bu superlüks malikanə Fransadakı Versal Sarayına bənzəyir.
 

Milli.Az Yahoo News-a istinadən bildirir ki, multimilyarder iş adamı, taymşer maqnatı olan 80 yaşlı Devid Zigel və onun 49 yaşlı xanımı Cekinin istəyi ilə tikilən bu malikanənin inşasına 2005-ci ildə başlanmışdı.
 

Florida ştatındakı Orlando şəhərində tikintisi 100 milyon dollara başa gələcək malikanə ilə bağlı inşaat işlərinə artıq 75 milyon dollar xərclənib.

ABŞ-ın ən böyük evinin 2,5 il sonra hazır olacağı deyilir.
 

Devid Zigel 3 il əvvəl maliyyə çətinlikləri ilə üzləşdiyindən "Versailles"in inşası dayandırılmışdı.

İndisə işlər bərpa olunub.
 

Yaşam sahəsi 8361 kvadrat metr təşkil edən malikanədə 11 mətbəx, 30 vanna otağı, 20 avtomobillik qaraj, 2-zolaqlı boulinq zalı, fiqurlu konkisürmə arenası, 3 qapalı hovuz, 2 açıq hovuz, oyun və bal zalları, Paris Operası stilində 2 kinoteatr, 365 kvadrat metr sahəli fitnes mərkəzi, 20 min şüşəlik şərab anbarı, ekzotik balıqların üzəcəyi nəhəng akvarium olacaq.
 

Ceki Zigelin sözlərinə görə, malikanənin sahəsini ilkin layihədə nəzərdə tutulduğundan da artıq edəcəklər.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.