Germanwings təyyarəsini qəzaya uğradan pilotla bağlı yeni xəbər
6 May 2015 23:21
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, təyyarə qəzasını təhqiq edən Fransa müstəntiqləri deyir ki, mart ayında Alp dağlarında Germanvvings təyyarəsini bilərək qəzaya uğradan köməkçi pilot həmin gün ilkin uçuşda eniş sistemini sınaqdan keçirib.
Müstəntiqlər Andreas Lubitzin Duesseldorfdan Barselonaya uçuş vaxtı təyyarəni dəfələrlə eniş vəziyyətinə gətirdiyini və sonra ləğv etdiyini açıqlayıblar.
Yayımlanan hesabatda müstəntiqlər bildirib ki, Germanvings təyyarəsi qəzaya uğramamışdan əvvəl ikinci pilot kabinada tək olub.
İlkin istintaq zamanı məlum olub ki, təyyarə Barselonadan Dusseldorfa geri dönərkən pilot ayaqyoluna getdiyi vaxt Lubitz kabinanın qapısını bağlayaraq onu içəri daxil olmağa qoymayıb.
Müstəntiqlər bildirir ki, Lubitz daha sonra Airbus A320 təyyarəsinin sistemini eniş vəziyyətinə gətirərək, pilotun qapını açmaq çağrışlarına məhəl qoymayıb.
Milli.Az